“Qalatasaray” Türkiyə Super Liqasında 2022-2023 mövsümünün qalibi olub.
Offsideplus.az xəbər verir ki, Okan Burukun komandası bu gün 36-cı turda səfərdə “Ankaragücü”nə 4:1 hesabı ilə qalib gəlməklə mövsümün sonuna iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
Xallarının sayını 82-yə yüksəldən “sarı-qırmızılar” ən yaxın izləyicisi “Fənərbaxça”nı 5 xal qabaqlayır.
Bununla da İstanbul klubu tarixində 23 dəfə çempionluq tituluna yiyələnib. “Qalatasaray” son dəfə 2018-2019 mövsümündə çempion olmuşdu.