Bu gün Türkiyə Super Liqasında növbəti turun oyunları keçiriləcək.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” səfərdə “Sivasspor”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Emreli əsas heyətdə yer alıb.

Qeyd edək ki, 33 oyundan 49 xalı olan “Konyaspor” 7-ci yeri tutur. Onun rəqibi “Sivasspor” isə 34 görüşdən 37 xalla 14-cüdür.