Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az "Sports Digitale"yə istinadla xəbər verir ki, İstanbul təmsilçisi, "Kristal Palas"ın hücumçusu Vilfrid Zahanı sıralarına qatmağa yaxındır.
Fil Dişi Sahilindən olan 30 yaşlı forvardın meneceri artıq "Fənərbağça" rəsmiləri ilə görüşüb və danışıqlar müsbət məcrada yekunlaşıb.
Zaha yayda "sarı-lacivərtli" formanı geyinməyə razıdır.
Qeyd edək ki, onun "Kristal Palas"la müqaviləsinin müddəti bu ilin 30 iyununda başa çatır.