Avropa klublarının hədəfində olan Arda Gülerin satılması halında "Fənərbağça"nın gətirəcəyi futbolçu bəlli olub.
Offsideplus.az "Akşam"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" "Ayntraxt"ın yapon futbolçusu Daiti Kamadanı heyətinə cəlb etmək istəyir. Oyunçunun klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
26 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə "Milan" da yaxından maraqlanır.
Qeyd edək ki, cari mövsüm Alman klubu ilə 44 oyun keçirən yaponiyalı futbolçu 15 qol vurub, 6 assistə imza atıb. Futbolçunun "Transfermekt"dəki hazırkı dəyəri 30 milyon avro civarındadır.