"Qalatasaray" klubu dünyaca məşhur futbolçu ilə razılıq əldə edib.

 Offsideplus.az "anfieldwatch.co.uk" saytına istinadla xəbər verir ki, söhbət "Liverpul"un braziliyalı hücumçusu Roberto Firminodan gedir.

Məlumata görə, 31 yaşlı "sambaçı" İstanbul təmsilçisi ilə anlaşıb. Onun yayda "Qalatasaray"ın sıralarına qoşulacağı gözlənilir.

Qeyd edək ki, Firmino 2015-ci ildən "Liverpul"da çıxış edir.