"Fənərbağça" "Çelsi" klubunun futbolçusu ilə maraqlanır. 

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" Ruben Loftus-Çiki heyətinə cəlb etmək istəyir. "Fənərbağça" 27 yaşlı yarımmüdafiəçi üçün "Çelsi"yə 7-8 milyon avro təklif etməyi planlaşdırır. 

Karyerasında yeni səhifə açmaq istəyən Loftus-Çikin "Fənərbağça"nın bu təklifi ilə razılaşacağı gözlənilir. 

Qeyd edək ki, Rubenin "Çelsi" ilə müqaviləsinin müddəti 2024-cü ildə başa çatacaq. O, cari mövsüm "zadəganlar"ın heyətində 28 oyuna çıxıb, 1 assistlə yadda qalıb.