"Qalatasaray" PSJ-də heyətə düşməkdə çətinlik çəkən portuqaliyalı futbolçu Renato Sançesi heyətinə qatmaq fikrindədir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Fanatik" məlumat yayıb. Xəbərə görə, İstanbul təmsilçisi 25 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürmək istəyir. Renatonun da bu təklifə müsbət baxdığı bildirilir. Mənbəyə görə, son qərarı Paris klubunun baş məşqçisi Kristof Qaltye verəcək.
Qeyd edək ki, Renato bu mövsüm bütün turnirlərdə 18 oyuna çıxıb və 2 qol vurub.