"Dinamo"nun baş məşqçisi Ante Çaçiç Mahir Emrelinin Türkiyənin "Konyaspor" klubuna icarəyə verilməsinin səbəbini açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu daha çox oyun keçirməsi üçün karyerasını "Konyaspor"da davam etdirəcək. Çaçiç deyib:
"Bəli, düşündük ki, yazda mümkün qədər çox oyun keçirməsi onun xeyrinə olar".
Qeyd edək ki, "Dinamo" ilə 2026-cı ilədək müqaviləsi olan Mahir Emreli cari mövsümün sonunadək "Konyaspor"da çıxış edəcək.