"Barselona" bir müddət "Qalatasaray"da forma geyinən qapıçısı İnaki Pena ilə bağlı qərar verib.
Offsideplus.az "Relevo"ya istinadən xəbər verir ki, 23 yaşlı qolkiperlə müqavilənin yenilənməsi ilə bağlı razılıq əldə olunub. Rəsmi açıqlamanın qarşıdakı günlərdə yayımlanacağı gözlənilir.
Bir müddət öncə "Qalatasaray"ın keçmiş futbolçusunu qaytarmaq istədiyi, bundan əlavə, "Fənərbağça"nın da Altay Bayındırı İnaki ilə əvəzləmək istədiyi bildirilirdi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Pena ötən mövsümü icarə əsasında "Cim-Bom"da keçirib.