"Beşiktaş"ın futbolçusu Dele Alli "qartallar"la titul qazanmaq istədiyini dilə gətirib.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Beşiktaş"da oynamaqdan məmnun olduğunu deyib:
"Sağlamlığım yerindədir. Yaşadıqlarımdan çox şey öyrənmişəm. Bu kluba bir şeylər qazanmaq və çempion olmaq üçün gəlmişəm. Çempion olmaq üçün əlimdən gələni edəcəm. "Beşiktaş"a keçəndən bəri neqativ bir durumla qarşılaşmamışam, bu sevginin qarşılığını vermək məcburiyyətindəyəm".
Qeyd edək ki, "Beşiktaş" Allini bu yay "Everton"dan icarəyə götürüb.