Türkiyənin "Qalatasaray" klubu heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az "Fotomaç"a istinadla xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Sassuolo" klubunda çıxış edən Kaan Ayhanla anlaşıb.
27 yaşlı müdafiəçi yaxın günlərdə "sarı-qırmızılılar"la müqavilə imzalamaq üçün Türkiyəyə gələcək.
Qeyd edək ki, Almaniyada doğulan Kaan Ayhan Türkiyə yığmasının da üzvüdür. O, 2020-ci ildən "Sassuolo"da çıxış edir.