Dünən sosial şəbəkələrdə cari mövsüm üçün hücumçu axtarışında olan "Fənərbağça"nın Kriştiano Ronaldo ilə anlaşdığı barədə məlumatlar yayılıb.
Offsideplus.az "Hürriyyet"ə istinadən xəbər verir ki, Ali Koçun Londona yola düşməsi və portuqaliyalı ulduzun "Mançester Yunayted"dən ayrılmaq istəməsi bu şayiələri gücləndirib.
Klub isə bu məlumatları təkzib edib: "Belə bir şeydən danışmağa belə dəyməz. Ronaldo ilə heç bir əlaqəmiz yoxdur. Bunlar, "Ali Koç yenə transferdə uğursuz oldu", dedirtmək üçün qəsdən ortaya atılan şayiələrdir".
"Sarı-lacivərtlər"in prezidenti Ali Koç hücumçu transferini reallaşdırmaq üçün Londona gedib. Namizədlər arasında iki ad var: Onlardan biri ötən mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edən "Çelsi"nin futbolçusu Mişi Batşuayidir. Digər futbolçunun adı isə bəlli deyil.