"Fənərbağça" heyətini yeni hücumçu ilə gücləndirmək istəyir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi "Mançester Yunayted"in futbolçusu Antoni Marsialı icarə əsasında heyətinə qatmaq üçün qarşı tərəfə təklif verib. Bu barədə "Fotomaç" nəşri məlumat yayıb.
Xəbərə görə "Fənərbağça"nın baş məşqçisi Jorji Jesus da bu keçidə razılıq verib.
Qeyd edək ki, 2015-ci ildə 60 milyon avro qarşılığında "Monako"dan "Mançester Yunayted"ə transfer olan fransalı hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Sevilya"da keçirib. Yenidən "qırmızı şeytanlar"a geri dönən 26 yaşlı oyunçu hazırda davam edən mövsümdə heyətə düşməkdə çətinlik çəkir.