"Fənərbağça"nın futbolçusu Dimitrios Pelkas karyerasını "Hall Siti"də davam etdirəcək.

Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi bir illik icarə Çempionşip klubunda oynayacaq. Yunan futbolçu sabah tibbi müayinədən keçəndən sonra rəsmi müqavilə imzalayacaq. 

Qeyd edək ki, Dimitrios Pelkasın "sarı-lacivərtlər"lə müqaviləsinin müddəti gələn 2023-cü ilin yayında başa çatır. Sözləşmədə bir illik uzatma şərti var. O, "Fənərbağça"nın formasında çıxdığı 67 oyunda 13 qol vurub, 8 məhsuldar ötürməyə imza atıb.