"Fənərbağça"nın müdafiəçisi Atilla Salai karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi bir müddət öncə "Zenit" klubu tərəfindən edilən transfer təklifini qəbul edib. Bu barədə Türkiyənin "Akşam" nəşri məlumat yayıb.
Mənbəyə görə, Sankt-Peterburq təmsilçisi macarıstanlı futbolçu üçün 20 milyon avro ödəyəcək.
Qeyd edək ki, 24 yaşlı oyunçu 2021-ci ilin yanvarından çıxış etdiyi "Fənərbağça"da indiyə qədər bütün turnirlərdə 74 oyuna çıxıb, 5 qol və 2 asisstlə yadda qalıb. Salai 2019-cu ildən oynadığı Macarıstan millisində isə 27 matç keçirib.