"Fənərbağça" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

 Offsideplus.az xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Jorge Jesus  komandanın müdafiə xəttindən narazıdır və sözügedən mövqeyə daha bir oyunçu transfer edilməsini istəyir. Ona görə də İstanbul təmsilçisi "Flamenqo"da çıxış edən David Luislə maraqlanır. Bu barədə Braziliya mətbuatı məlumat yayıb. Mənbənin məlumatına görə, braziliyalı futbolçunu heyətinə qatmaq istəyənlər arasında İtaliyanın "Latsio" klubu da var. 

Qeyd edək ki, 35 yaşlı oyunçunun klubla müqaviləsi 2022-ci ilin dekabrında başa çatır. O, ötən mövsüm komanda ilə 33 oyunda meydana çıxıb. David Luis karyerası ərzində Braziliyada "Vitoria", Portuqaliyada "Benfika", İngiltərədə "Çelsi", Fransada isə PSJ  klubunda oynayıb.