"Qalatasaray"ın ruminiyalı futbolçusu Olimpiu Morutan İtaliaya B Seriyası təmsilçisi "Pisa" klubunda icarə əsasında çıxış edəcək.

 Offsideplus.az xəbər verir ki, biu barədə klubun saytı məlumat yayıb. İstanbul nəhənginə bu tansfer üçün 150 min avro ödənəcək. Anlaşmaya görə qarşı tərəf 2023-cü ilin may ayına qədər olan müddətdə 5.500 milyon avro qarşılığında yarımmüdafiəçini birdəfəlik heyətinə qata bilmək hüququna sahibdir.

Tərəflər arasındakı razılığa əsasən Morutan ən azı 25 oyunda 45 dəqiqə oynayacağı və ya İtaliya klubu A Seriyasına vəsiqə qazanacağı təqdirdə sözügedən transfer məbləği əvəzində "Pisa" komandası oyunçunu almaq məcburiyyətində olacaq.