Türkiyənin "Fənərbağça" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi London "Arsenal"ının müdafiəçisi Pablo Marini sıralarına qatacaq. Bu barədə məlumatı "The Sun" nəşri yayıb.

Xəbərə görə, "Fənərbağça" 23 yaşlı ispaniyalı futbolçunu icarə əsasında komandaya cəlb edəcək. 

Qeyd edək ki, Pablo Mari 2020-ci ildən "Arsenal"da çıxış edir.