"Qalatasaray" klubu baş məşqçisi Domenek Torrentlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləyə xitam verib.
60 yaşlı baş məşqçi ilə yanaşı, onun köməkçiləri də istefaya göndərilib.
Qeyd edək ki, Domenek Torrent bu ilin yanvarında "Qalatasaray"ın sükanı arxasına keçmişdi. Onun klubla 2023-cü ilin yayınadək müqaviləsi var idi.