Cari mövsümün sonunda “Qalatasaray”dan ayrılacaq ilk futbolçu müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Sofyan Fequli İstanbul təmsilçisi ilə vidalaşacağını bildirib.

33 yaşlı oyunçu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, Fequli “Qalatasaray”a 2017-ci ilin yayında İngiltərənin “Vest Hem” klubundan 4.3 milyon avroya transfer olunmuşdu.