Braziliyanın "Atletiko Mineyro" komandasından ayrılandan bəri klubsuz qalan Dieqo Kostaya sürpriz transfer təklifi gəlib.

 Offsideplus.az "Times Of India" nəşrinə istinadla xəbər verir ki, "Fənərbağça" klubu 33 yaşlı ispaniyalı hücumçunu sıralarına qatmaq istəyir. 

İstanbul təmsilçisi təcrübəli forvardla danışıqlar aparır. Onun "sarı-lacivərtlilər"ə keçidi yayda baş tuta bilər.

Qeyd edək ki, Kosta karyerası ərzində "Atletiko" (Madrid) və "Çelsi" kimi klubların şərəfini qoruyub. O, İspaniya millisində də çıxış edib.