Türkiyə millisinin və "Lill"in futbolçusu Burak Yılmazla bağlı daha bir maraqlı məlumat dərc olunub.
Offsideplus.az "Mynet"ə istinadən xəbər verir ki, 36 yaşlı hücumçunun "Qalatasaray"la anlaşdığı iddiası ortaya atılıb. Bildirlib ki, Fransa klubuyla müqaviləsini uzatmayacaq olan "kral" ləqəbli forvad növbəti mövsümdən İstanbul nəhənginin formasını geyinəcək.
Qeyd edək ki, Türkiyə millisinin üzvü 2012/2016-cı illər aralığında "cim-bom" formasını geyinib.
Xatırladaq ki, 2020-ci ildən "Lill"də çıxış edən hücumçu bu klubun heyətində Fransa çempionu və ölkə kubokunun qalibi olub.