"Qalatasaray" Qustavo Assunçao ilə yolları ayırıb.

 Offsideplus.az xəbər verir ki, "cim-bom" mövsümün əvvəlində Portuqaliyanın "Famlikano" komandasından icarəyə götürdüyü 21 yaşlı brazilyalını vaxtından əvvəl geri göndərib.

Qeyd edək ki, Assunçao bu mövsüm "Qalatasaray" formasıyla 6 matçda meydana çıxmışdı.