"Qalatasaray" Qustavo Assunçao ilə yolları ayıracaq.
Offsideplus.az xəbər verir ki, İstanbul nəhəngi Portuqaliyanın "Famalikao" klubundan icarə əsasında heyətinə qatdığı 21 yaşlı brazilyalı futbolçunun müqaviləsinə vaxtından əvvəl xitam verəcək. Buna səbəb yeni baş məşqçi Domenek Torrentin "sambaçı"nı sərancamında görmək istəməməsidir.
Qeyd edək ki, Assunçao bu mövsüm "cim-bom" formasıyla 6 matçda meydana çıxıb.