Slaven Biliç "Fənərbağça"nı çalışdıracaq.

 Offsideplus.az xəbər verir ki, bu ayın 4-də Çin klubu "Beytsinq Quan"la müqaviləsi bitəcək olan 53 yaşlı xorvat mütəxəssis "sarı-lacivərtlilər"dən təklif gələcəyi halda qəbul edəcəyini bildirib.

Biliç daha əvvəl 2013/2015-ci illər aralığında "Beşiktaş"a rəhbərlik edib. 

Qeyd edək ki, "Fənərbağça" bir müddət əvvəl portuqaliyalı baş məşqçi Vitor Pereyrayla yolları ayırmışdı.