"Qalatasaray" klubu uzun müddətdir heyətini gücləndirmək istədiyi futbolçuya qovuşur.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi Çinin "Becinq Quan" klubunda çıxış edən Sedrik Bakambunu rənglərinə bağlayacaq. 30 yaşlı fransalı hücumçu komandasıyla gələn ayın 31-i başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.
Bakambu Fatih Terimin istəyi ilə Pekindən İstanbula gələcək. Onun üçün təklif olunan transfer məbləği isə hələlik bəlli deyil.
Qeyd edək ki, adıçəkilən oyunçu 2018-ci ildən Çin klubunda çıxış edir.