“Qalatasaray” və Uruqvay millisinin qapıçısı Fernando Muslera DÇ-2018-də çıxış edə biləcək.
Offsideplus.az xəbər verir ki, təcrübəli qapıçı rentgendən keçib. Müayinə zamanı futbolçunun durumunda ciddi problem olmadığı aşkarlanıb.
Muslera artıq komanda ilə məşqlərə başlayıb. Onun Özbəkistanla yoxlama oyununda meydana çıxıb-çıxmayacağı hələ məlum deyil. |