"Kasımpaşa"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisini 49 yaşlı Hakan Kutlu çalışdıracaq.O, bu postda bir müddət əvvəl istefaya göndərilən Cihat Arslanı əvəz edib.

Qeyd edək ki, sözügedən mütəxəssis son olaraq "Dənizlispor"u çalışdırıb.