Yay "transfer pəncərəsi" dövründə heyətini bir çox futbolçuyla gücləndirən "Qalatasaray"ın növbəti hədəfi bəlli olub.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "Cim-bom" məşhur braziliyalı futbolçu Paulinyonu sıralarına qatmağa hazırlaşır. Bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu ilə müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilən 33 yaşlı yarımmüdafiəçi hazırda azad agentdir.
Fürsətdən yararlanmaq istəyən "Qalatasaray" sabiq "Barselona"lı "sambaçı"nın keçidi üçün hərəkətə keçib.
Qeyd edək ki, Paulinyo 2017/2019-cu illər aralığında Kataloniya təmsilçisində çıxış edib.