Türkiyənin “Qalatasaray” klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "Cim-bom" “Famalikao”nun oyunçusu Qustavo Assunçao ilə razılaşıb. 21 yaşlı braziliyalı yarımmüdafiəçi icarə əsasında 1 il "Qalatasaray"da çforma geyinəcək.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Qustavo Assunçao 2019-cu ildən “Famalikao”da çıxış edir.