Türkiyənin "Fənərbağça" klubu heyətini daha bir futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliya "İnter"inin hücumçusu Aleksis Sançeslə danışıqlar aparır. Hücum xəttindəki boşluğu 32 yaşlı çilili forvardla doldurmaq niyyətində olan "sarı-lacivərtlilər" qarşı tərəfə rəsmi təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, ötən mövsüm "İnter" forması ilə 30 oyuna çıxan Sançes 7 qol vurub, eyni sayda məhsuldar ötürmə verib. Onun cari klubundakı maaşı 7 milyon avrodur.