Türkiyə Superliqasının II turunun "Qaziantep" - "Beşiktaş" matçı qorxu dolu anlarla yadda qalıb.
Offsideplus.az xəbər verir ki, matmln 70-ci dəqiqəsində Fabrise Nsakala yerə yıxılıb. 31 yaşlı futbolçu üçün ambulans çağırılıb və dərhal xəstəxanaya aparılıb.
Bilinci açıq olan futbolçunun sağlamlığı ilə bağlı heç bir problem olmadığı sonradan açıqlanıb.
Qeyd edək ki, oyun 0:0 hesabı ilə yekunlaşıb.