Hücum xəttindəki problemi aradan qaldırmaq istəyən "Fənərbağça" bu mövqeyə dünyaca məşhur futbolçunu gətirməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Lion"un forvardı Mussa Dembeleni rənglərinə bağlamağa yaxındır. Belə ki, 25 yaşlı fransalı oyunçunun meneceri artıq danışıqlar üçün İstanbula yola düşüb.
"Fənərbağça" Dembele üçün 20 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, müqavilə ilə "Lion"a məxsus olan futbolçu hazırda icarə əsasında Madrid "Atletiko"sunda çıxış edir.