"Fənərbağça" komandası futbolçusu Gökhan Gönüllə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.
İstanbul təmsilçisi təcrübəli oyunçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzu edib.
Qeyd edək ki, daha əvvəl 2007/2016-cı illər aralığında "sarı-lacivərtli" forma geyinən Gönül ötən mövsümdən yenidən "Fənərbağça"ya transfer edilmişdi.