"Fənərbağça" "Sassuolo"nun futbolçusu Kaan Ayhan üçün hərəkətə keçib.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, "sarı-lacivərtlər" 26 yaşlı müdafiəçi üçün İtaliya klubu ilə danışıqlara başlayıb və rəsmi təklif göndərib.
Qeyd edək ki, Türkiyə millisinin üzvü ilə "Qalatasaray"da yaxından maraqlanırdı. "Fənərbağça"nın bu addımı futbolçunun agenti ilə əlaqələr saxlayan "Cim-Bom"u şoka salıb.