Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, Super Liqa təmsilçisini "Traktor Sazi"nin baş məşqçisi Ərtuğrul Sağlam çalışdıracaq. 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanacaq. Onun bu gün Kayseriyə gedəcəyi bildirilir.

 Ə.Sağlam bu vəzifədə dünən istefaya göndərilən Marius Şumudiçanı əvəz edəcək. 

Qeyd edək ki, türkiyəli mütəxəssis yanvar ayından "Traktor Sazi"yə rəhbərlik edirdi.