"Fənərbağça" Rafael Benitesi komandanın başına gətirmək istəyir.
Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis və Türkiyə klubu arasında iyunun 16-da görüş keçiriləcək. 61 yaşlı çalışdırıcı ilə ilkin razılığın əldə edildiyi bildirilir. Benitesin komandaya gəlişi reallaşmasa, digər seçim Yoahim Lövdür.
Qeyd edək ki, sonuncu dəfə "Dalyan İfan"a baş məşqçilik edən Rafael Benites "Valensiya", "Real Madrid", "Liverpul", "Çelsi", "İnter" və "Napoli" kimi məşhur komandların sükanı arxasında olub.