"Fənərbağça" baş məşqçi axtarışına davam edir.

Offsideplus.az "Aspor"a istinadən xəbər verir ki, gələn həftə son qərarını verəcək "Fənərbağça"nın siyahısında 6 namizəd var.

Onların arasında "Lill"in sabiq baş məqçisi Kristof Qaltye, "Borussiya"nın (Dortmund) keçmiş çalışdırıcısı Lusyen Favr, "Benfika" komandasına rəhbərlik edən Jorji Jesuş var. 

Bundan əlaqə, "sarı-lacivərtlər" Patrik Vyera, Sergey RebrovManuel Pelleqrini ilə də yaxından maraqlanır.