"Fənərbağça"nın prezidenti Ali Koç dünən keçirdiyi mətbuat konfransında gələn həftə transferlər və baş məşqçi barədə müzakirələr aparılacağını açıqladı.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, "sarı-lacivərtlər"in baş məşçi postuna 4 əsas namizədi var. Onların arasında AVRO-2020-dən sonra millidən ayrılacaq Yoahim Löv (Almaniya) və Zlatko Daliç (Xorvatiya) var. Sonuncu dəfə "Borussiya"nı (Dortmund) çalışdırmış və bir ildir işsiz olan Lusyen Favr da namizədlərdəndir.
4-cü seçim isə gələn mövsümə Emre Belözoğlu ilə davam edilməsidir.