"Fənərbağça" keçmiş futbolçusunu yenidən komandaya qaytarmaq istəyir.
Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, "sarı-larcivərtlilər" hazırda "Latsio"da çıxış edən Vedat Muriqiyə "göz dikib".
Hücumçu sarıdan çətinlik çəkən İstanbul təmsilçisi bu problemi 27 yaşlı oyunçu ilə aradan qaldırmaq niyyətindədir.
Məlumata görə, həftə içində Muriqinin keçidi üçün qarşı tərəflə görüş də baş tutub.
Qeyd edək ki, sözügedən futbolçu 2019/2020-ci illərdə "Fənərbağça"da çıxış edib. O, ötən il 17 milyon avro sərbəst qalma məbləği qarşılığında A Seriyası təmsilçisinə transfer edilib.