"Qalatasaray" mövsümün sonunda Marselo Saraççi ilə yollarını ayıracaq.

Sol cinahda yaranacaq boşluğu aradan qaldırmaq üçün xeyli vaxtdır hərəkətə keçən klub rəhbərliyi məsələnin həllinə nail olub.

Offsideplus.az "Takvim"ə istinadla xəbər verir ki, "sarı-qırmızılar" Patrik Van Aanholt ilə razılığa gəlib. "Kristal Palas"la müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq hollandiyalı müdafiəçi karyerasını Türkiyədə davam etdirməyə razılıq verib. Artıq tərəflər maliyyə şərtlərində də ortaq məxrəcə gəlib. Hollandiya millisində 13 oyun keçirmiş 29 yaşlı futbolçu 3 illik müqavilə qarşılığında bonuslar da daxil olmaqla 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, cari mövsümdə Premyer Liqada 21 oyuna çıxan Van Anholt "Kristal Palas"a qədər İngiltərə Premyer Liqasında "Çelsi", "Viqan", "Sanderlend" kimi komandaların formasını geyinib.