"Dənizlispor" klubunun baş məşqçisi Hakan Kutlu istefa verib.

Offsideplus.az xəbər verir ki, 48 yaşlı çalışdırıcı Super Liqanın 35-ci turu çərçivəsində "Ərzurumspor"a uduzduqları oyundan (2:3) sonra belə qərar verib.

Təcrübəli mütəxəssis bu ildən komandanı çalışdırırdı.

Qeyd edək ki, "Dənizlispor" hazırda turnir cədvəlində 26 xalla 21-cidir.