Növbəti mövsümə hazırlıqları davam etdirən "Qalatasaray" heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cim-bom" rəhbərliyi iki tanınmış futbolçunu transfer etmək üçün hərəkətə keçib.
Söhbət Premyer Liqa təmsilçisi "Kristal Palas"ın şərəfini qoruyan Andros Taunsend və Patrik van Anholtdan gedir.
Yayılan məlumatlara görə, "Qalatasaray" artıq İngiltərə klubunun rəhbərliyi ilə danışıqlara başlayıb.
Yay transfer pəncərəsində 29 yaşlı yarımmüdafiəçi Andros Taunsend və 30 yaşlı müdafiəçi Patrik van Aanholtun keçidi həll edilə bilər.