Türkiyənin ikinci liqasının cari mövsümündə elitanı tərk edən ilk klub müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, bu, ölkənin köklü komandalarından olan "Əskişəhərspor"dur.

Mövsümün bitməsinə 6 tur qalmış səfərdə "Altınordu"ya 3:6 hesabı ilə uduzan komanda çempionatla vidalaşacaq.

Uzun müddətdir ki, iqtisadi problemlərlə qarşılaşan "Əskişəhərspor" aşağı yaş qruplarında olan futbolçuları heyətə cəlb edirdi.