Türkiyə Superliqasının turnir cədvəlində 21 komanda arasında 19-cu olan "Erzurumspor"un yeni baş məşqçisi açıqlanıb.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  "Konyaspor"la yollarını ayıran İsmayıl Kartal Superliqa komandasına rəhbərlik edəcək. 

Qeyd edək ki, Kartalın "Erzurumspor"la ilk oyunu keçmiş komandası "Konyaspor"a qarşı olacaq. Görüş 4 aprel Bakı vaxtı ilə saat 14:30-da başlayacaq.