"Qalatasaray" "Kristal Pelas"ın futbolçusu Patrik van Aanholtu heyətinə qatmağı düşünür.
Offsideplus.az "Daily Mail"ə istinadən xəbrə verir ki, İstanbul təmsilçisi 30 yaşlı müdafiəçiyə 3 illik müqavilə təklif edib. Bundan əlavə, "Cim-bom"un niderlandlı futbolçuya yüksək maaş verməyə hazır olduğu, Patrikin də bu təklifə müsbət baxdığı bildirilir.
Qeyd edək ki, Patrik van Aanholt 2017-ci ildən "Kristal Pelas"da çıxış edir.