Fernando Muslera sabah "Qalatasaray" rəhbərliyi ilə eyni masa arxasında oturacaq.
Offsideplus.az "sarı-qırmzılarıın" rəsmi saytına istinadla xəbər verir ki, klub başbilənləri uruqvaylı qolkiperlə yeni anlaşma imzalayacaq. Müqavilən müddəti və maliyyə tərəfi haqda məlumat verilməsə də, yeni sözləşmənin 2 illik nəzərdə tutulacağı gözlənilir.
Qeyd edək ki, 34 yaşlı qapıçının "Qalatasaray"la hazırkı müqaviləsinin müddəti bu ilin iyununa qədərdir.