"Kayserispor"un yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Türkiyə Superliqası komandasını Yalçın Koşukavak çalışdıracaq. Yaxın saatlarda klubdan rəsmi açıqlama veriləcək.

Qeyd edək ki, mövsümə Bayram Bektaşın rəhbərliyi altında başlayan "Kayserispor" daha sonra Samet Aybaba və Dan Petreskunu gətirib. Klub Petresku ilə müqaviləyə fevralın 23-də qarşılıqlı razılıq əsasında xitam verib.