Türkiyə klubu "Qalatasaray" "Kristal Palas"ın futbolçusu üçün rəsmi təklif göndərib.
Offsideplus.az xəbər verir ki, "Cim-bom" Marselo Saraccinin yerinə "Kristal Palas"ın müdafiəçisi Patrik van-Anholtu gətirməyi düşünür. Fatih Terimin hədəfində olan 30 yaşlı niderlandlı üçün "sarı-qırmızılar" rəsmi təklif göndərib.
Qeyd edək ki, Anholtun Premyer Liqa təmsilçisi ilə anlaşması iyun ayında başa çatır.