"Bursaspor" 18 yaşlı futbolçusu Ali Akman ilə müqaviləsini ləğv edib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc forvardın anlaşmasına xitam verilib. Türkiyə 1-ci liqasında mübarizə aparan klub rəhbərliyi "Ayntraxt"la razılığa gələn Akmanı heyətdən uzaqlaşdırmışdı. 

"Bursaspor"un aşağı yaş qrupundan çıxan Ali Akman iyun ayından etibarən "Ayntraxt"a keçid edəcək.